...

Amerikalı diplomat Dağlıq Qarabağ münaqişəsinin həllinin 2007-ci ildə tapılacağını qabaqcadan söyləmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2007 16:32 (UTC +04:00)
Amerikalı diplomat Dağlıq Qarabağ münaqişəsinin həllinin 2007-ci ildə tapılacağını qabaqcadan söyləmir

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov, K.Ramazanova/ ABŞ dövlət katibinin köməkçisinin müavini Mətyu Brayza hesab edir ki, bu ilin sonuna qədər Ermənistan -Azərbayacan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı razılığa nail olmaq şansı var. Bu arada Brayza həllin 2007-ci ildə tapılacağını təsdiq etməyə risk etmir. "Bu ilin sonuna qədər şans var... Biz konstruktiv əməkdaqşlıq ruhunun şahidi olacağıq, lakin mən həll yolunun bu il tapılacağını qabaqcadan söyləmək istəmirəm. Mümkündür ki, sülh yolu ilə həll prosesində Ermənistan, Azərbaycan, Rusiyada keçirililəcək seçkilər səbəbindən fasilə olsun, lakin biz təslim olmayacağıq" - deyə o Rusiyanın "Vremya novostey" jurnalına verdiyi müsahibəsində bildirib.

Brayza xatırladıb ki, ötən ilin sonunda Minskdə keçirilən sülh danışıqlarında Ermənistan və Azərbaycan prezidentləri səviyyəsində "çox yaxşı irəliləyiş əldə olunub". "Mən qeyd etmək istərdim ki, biz- Rusiya, ABŞ və Fransa (bu ölkələrin nümayəndələri dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləridir) çox yaxşı əməkdaşlıq edirik.

May ayında Ermənistanda parlament seçkiləri keçirildi, lakin bizim işimizdə fasilə olmadı. Biz sadəcə olaraq Robert Köçəryana manevr üçün daha geniş məkan vermək məqsədilə bu dövrdə danışıqları bir o qədər də sürətlə aparmadıq. Yadımdadır ki, o söz vermişdi ki, bu seçkilərdən sonra biz mövzuya qayıdacağıq. Lakin bu baş vermədi. Məlum oldu ki, Sankt -Peretburqda prezidentlər (Robert Köçəryan və İlham Əliyev MDB-nin qeyri-rəsmi sammiti zamanı iyunun 9-də orada görüşüblər) mühüm qərar qəbul etməyiblər. Mən bunun səbəbini deyə bilmərəm, hər bir prezidentin öz impulsu, öz motivləri var" - deyə Brayza bildirib.

Diplomatın sözlərinə görə, danışıqlara təsir edə biləcək üç prinsip var, güc tətbiq etməkdən imtina etmək, dövlətlərin ərazi bütövlüyünün tanınması və xalqların öz müqəddəratını həll etmək hüququ.

"Mən hesab edirəm ki, Gürcüstan, Qafqaz, Abxaziya, Qarabağ, Moldova olmasından asılı olmayaraq hər bir münaqişədə əgər insanlar sülh yolu ilə həll axtarırlarsa bu prinsiplər arasında kompromis tapmalıdırlar. Mən, misal üçün, separatçılar tərəfindən əsası qoyulan ölkəni təmsil edirəm. Bir müddətdən sonra ölkələr bizim müstəqilliyimizi tanıdılar, bu normaldır. Biz müqəddarıtımızı həll etmək hüququ aldıq. Və həmin dövrdə, 18-ci əsrdə bir neçə ildən sonra artıq İspaniyanın keçmiş müstəmləkələri bizim köməyimizə ehtiyac duyurdular, bizim onların müstəqilliyini tanımağımızı istəyirdilər. Lakin biz dedik: "Xeyr, çox sağ olun, bu bizim maraqlarımıza uyğun deyil". Onlar isə dedilər: "Biz ki sizini müstəqilliyinizi tanıdıq!" Lakin biz cavab verdik ki hər bir ayrı-ayrı vəziyyətlərdə yanaşma tərzi fərqli olur" - deyə Brayza bildirib.

Bu günkü reallıqlar ərazi bütövlüyünün saxlanması və milli müqəddəratı təyin etmək hüququ ilə bərabər kompromis tapa bilərmi sualına ABŞ-ın dövlət katibinin köməkçisinin müavini belə cavab verib: "Bu liderlərin tapşırığıdır. Müqqəddəratı təyin etmə hüququ müstəqilliyin əldə edilməsinə və ya muxtariyyətə qədər gəlib çata bilər. Lakin bir diplomat və vasitəçi kimi mən statusu təyin edə bilmərəm, bu mənim tapşırığım deyil. Deyə bilərəm ki, beynəlxalq qanuna uyğun olaraq biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Danışıqlar aparılır, biz kompromis axtarırıq"

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1998-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabaq ərazisi və bu ərazinin 7 rayonu Ermənistan Silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsdrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır

Xəbər lenti

Xəbər lenti