...

Azərbaycan XİN: Ermənistan tərəfi ucuz piar kampaniyası aparır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2007 17:05 (UTC +04:00)
Azərbaycan XİN: Ermənistan tərəfi ucuz piar kampaniyası aparır

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Azərbaycanın işğal olunmuş ərazilərində "inkişaf" və müəyyən canlanmanı nümayiş etdirmək üçün Ermənistan tərəfi ucuz piar kampaniyası həyata keçirir. Bunu çərşənbə axşamı Azərbaycanın XİN mətbuat katibi Xəzər İbarahim ABŞ, Kanada, Fransa, Avstriya, Almaniya və Rusiya vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri barədə Ermənistan tərəfinin məlumatını şərh edərkən bildirib.

Ermənistan mənbələri bildirirlər ki, 2007-ci ilin yanvar-iyul aylarında Dağlıq Qarabağa 2 mindən çox xarici vətəndaş səfər edib. Bu da həmin göstəricinin ötən illə müqayisədə 60 faiz artdığını göstərir.

Azərbaycan XİN nümayəndəsi hesab edir ki, Ermənistan tərəfi birinci dəfə deyil ki xarici ölkə vətəndaşlarının Azərbayacanın işğal olunmuş ərazilərinə səfər etdiyini bildirir.

"Xarici vətəndaşların Dağlıq Qarabağa səfərləri əsasən erməni diasporunun dəstəyi ilə həyata keçirilir. Bu Azərbayacanın işğal olunmuş ərazilərindəki inkişafın göstəricisi ola bilməz", - deyə Nazirliyin mətbuat katibi bildirib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və indiyə qədər ATƏT-in Minsk Qrupunun himayəsin altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti