...

Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2007 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub. Dünən axşam saatlarında Ermənistan Silahli Qüvvələri Fizuli rayonunun işğal edikləri Qaraxanbəyli kəndindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Yuxarı Qaraxanbəyli kəndində yerləşən mövqelərini avtomat və iri çaplı pulemyotlardan atəşə tutublar.

Atışma nəticəsində Azərbaycan Ordusunun bir əsgəri, 1988-ci il təvəllüdlü Hüseynov İsmayıl Azər oğlu şəhid olub. Əsgər Xanlar rayon hərbi komissarlığından hərbi xidmətə çağrılıb.

Müdafiə nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Çərşənbə günü Trend ə bildirilib ki, əsgər ağır yaralanıb və xəstəxanaya aparılarkən yolda keçinib.

Cavab atəşi ilə düşmən susdurulub və qarşı tərəf də itki verib.

Xəbər lenti

Xəbər lenti