Azərbaycan, Bakı / Trend , müxbir A.Qasımova, A.Bədəlova/ Trend un ATƏT-in oktyabrda Azərbaycana səfər etməyi planlaşdıran baş katibi Mark Perrena de Brişambo ilə müsahibəsi
- ATƏT-in hansı layihələrininin uğurla həyata keçirildiyini hesab edirsiniz və hansı sahələrdə işi davam etdirmək lazmdır?
- ATƏT-in yaradılması bizim ən böyük nailiyyətimizdir. Bu layihə 1970-ci ildə başlananda, dünyanı soyuq müharibənin qurtarmasına inandırmaqda kömək etdi və sonra isə yeni Avropanın qurulması üçün struktur müəyyənləşdirdi. Bu məsələdə ATƏT həmişə Helsinkinin himayəsi ilə idarə olunub və bu da 1975-ci ildə Finlandiyanın paytaxtında həlledici aktın qəbul olunmasına gətirib çıxarıb. Helsinkinin himayəsi dedikdə ,Avropa ölkələri arasında ziddiyyətləri aradan qaldırmaq, dövlətlər üçün ümumi bir dayaq yaratmaq və bütün Avropa əhalisinin əlaqələrini möhkəmləndirmək, dövlətlər və təşkilatlar arasında daha böyük əməkdaşlığın əsas normalarını yaratmaq istəyidir. Bu, həmçinin, uzunmuddətli öhdəliklər və davamlı dialoq yolu ilə konsensusun əldə olunmasının rəhnidir. Bütün bu aspektlərdə Helsinkinin himayəsi hiss olumaqdadır.
ATƏT bir sıra tarixi dəyişikliklərdən keçib, qitənin siması xeyli dəyişib. Hələ bir çox işlər görülməlidir, Balkanda problemlər, uzunsürən miünaqişələr hələ də qalmaqdadar, dövlət və demokratik institutların və cəmiyyətin möhkəmləndirilməsinə ehtiyac var. Yeni siyasi problemlər iştirakçı ölkələrdə bir çox dövlətdaxili münaqişələr və etnik gərginlik yaradıb. Həmçinin, terrorizmdən və mütəşəkkil cinayətkarlıqdan irəli gələn insan alveri və təhlükəsizliyə yeni hədələr kimi bir çox problemlər də meydana çıxıb. Bizim bəyanatımızda bildirilir: "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı siyasi dialoq və praktik iş vasitəsilə 56 dövlətdə sabitliyin, çiçəklənmənin və demokratiyanın təmin olunması məqsədilə fəaliyyət göstərir. Bir çox şeylərə nail olmuşuq, lakin irəlidə hələ bir çox şeyləri həyata keçirmək də qalır. Helsinkinin himayəsi və missiyanın sağlam düşüncəsi böyük Avropanın dövdətlərinə və insanlarına yol göstərəcək".
- ATƏT-in Minsk qrupu artıq 10 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunub. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin gələcək həlli yollarını necə görürsünüz?
Mən xatırlatmaq istərdim ki, Azərbaycan və Ermənistan prezidentləri cari ilin iyun ayında Sankt-Peterbuurqda keçirilən son görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı "əsas prinsiplər" əsasında razılığa nail olmayıblar. Gələn il hər iki ölkədə prezident seçkilərinin keçiriləcəyinə baxmayaraq (2008-ci ilin fevral ayında Ermənistanda və 2008-ci ilin oktyabr ayında Azərbaycanda) ,Sankt-Peterburqda keçirilən görüşdə hər iki tərəf danışıqları davam etdirmək niyyətlərininin olduğunu bildiriblər. Minsk qrupunun həmsədrləri prosesin inkişafı üçün səy göstərmək niyyətindədirlər. İyul ayında Parisdə Ermənistanın xarici işlər naziri ilə görüş keçirilib, bu ilin avqust ayında isə Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsi planlaşdırılırdı. Həmçinin, həmsədrlər prezidentlər Əliyev və Köçəryanın, bəlkə də hətta ilin sonuna qədər, digər görüşünün təşkili imkanlarının nəzərdən keçirilməsi ilə bağlı regionda diplomatiyalarını davam etdirəcəklər. ATƏT Ermənistan və Azərbaycan arasında təmas və sərhəd xəttində durumu nəzarətdə saxlamaqda davam edir. İnamın əldə edilməsi və iki tərəf arasında gərginliyin zəifləməsi üçün montorinq vacibdir.
- Kosovo probleminin həlli beynəlxalq birliyin diqqət mərkəzindidir. Sizin fikrinizcə, Kosovodakı vəziyyət dünyanın digər ölkələrində separatçı rejimlər üçün nümunə ola bilərmi?
- Əlbəttə ki, Kosovo ilə bağlı vəziyyət həmçinin ATƏT-ində diqqət mərkəzindədir. Təşkilat insan və azlıqların hüquqları, demokratizasiya, hüquq normaları və seçkilərlə bağlı monitorinqlərə aktiv şəkildə cəlb olunub. Biz Kosovonun gələcək statusu ilə bağlı mühüm qərarın qəbul olunmasına yaxınıq. ATƏT neytral statusa malik olan təşkilatdır. Həmçinin qərəzsizlik öhdəliklərin olmaması demiək deyil. Əksinə, nə qədər ki ATƏT danışıqlara birbaşa olaraq cəlb olunmayıb, biz statusun müəyyənləşdirilməsi üçün şəraitin yaradılması porosesinə təsir göstəririk. Biz Kosovonun gələcək vəziyyətinə baxmayaraq orada qalmağa hazırıq. Kosovonun problemi asanlıqla həll olunan məsələlərdən deyil. Bu səbəbdən də biz regionda sabitliyə müsbət təsir göstərəcək obyektiv və davamlı formula tapmağa çalışırıq. Heç kim statusun təyin edilməsindən tam razı ola bilməz, kompromisin təbiəti belədir. Hər bir münaqişənin öz dinamikası, tarixi və özünəməxsus xüsusiyyətləri olmasına və müxtəif yanaşma tərzi və həll yolu tələb etməsinə baxmayaraq istisna etmək olmaz ki, separatçı rejimlər Kosovodakı vəziyyəti öz məqsədlərinə nail olmaq üçün nümunə qismində istifadə edə bilərlər. Ümid edirik ki, Kosovonun gələcək statusunun həlli Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yeni bəyannaməsi ilə təsdiq olunacaq.
- ABŞ-ın Avropada RƏMS yerləşdirməsi planları barədə nə düşünürsünüz? Necə fikirləşirsiniz, bu anti-İran siyasəti Cənubi Qafqaz ölkələrində sabitliyə təsir göstərə bilərmi?
- ABŞ-ın bu sahədə planları ATƏT-in səlahiyyətinə daxil deyil. Avropada inamın təmin edilməsi və siyasi-hərbi təhlükəsizliyin dərinləşdirilməsi ATƏT-in başlıca missiyasıdır. Bu mənada ABŞ-ın planlarının bu il təşkilatın iclasında müzakirə olunması təbiidir. ABŞ öz mövqeyini izah etmək üçün böyük səy göstərib, bunu da onun ATƏT-də tərəfdaşlarının olması ilə başa düşmək olar və mən əminəm ki, bu səylər hələ də davam edəcək. ATƏT bölünməz təhlükəsizliyin ilkin şərtinə əsaslanıb ki, du da o deməkdir ki, bir dövlətin təhlükəsizliyi digər dövlətin təhlükəsizliyinin hesabına əldə olunmamalıdır. Bu ilkin şərt hələ də öz təsir qüvvəsini saxlayır.
-