...

Lənkəranda diri ev quşu satan şəxs saxlanılıb

Siyasət Materials 22 Sentyabr 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Lənkəran rayon Baytarlıq İdarəsi və Polis Şöbəsinin şənbə günü birgə keçirdikləri reyd nəticəsində, Lənkəran şəhərində yolun kənarında diri ev quşlarının satışı ilə məşğul olan şəxs saxlanılıb. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, 1986-ci il təvəllüdlü Lənkəran şəhər sakini Ceyhun Raqif oğlu Seyfiyev 21 ədəd diri ev quşunu satdığından, polis şöbəsinə gətirilib.

Kənd Təssərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) ölkədə "quş qripi" xəstəliyinin yayılmasının qarşısını almaq üçün, diri ev quşlarının satışına qadağa qoyub və sentyabrın 24-dən monitorinqə başlanılacaq.

Rayon Baytarlıq İdarəsinin rəisi Kamal Abdinovun verdiyi məlumata görə, həmin quşlardan biri müayinə olunmaq laboratoriyaya göndərilib.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti