...

Sumqayıt polisi dələduzluq edən şəhər sakini barəsində axtarış elan edib

Siyasət Materials 22 Sentyabr 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ş.Əlizadə/ Sumqayıt şəhər polisi dələduzluq edən şəhər sakini Tərlan Allahverdiyeva barəsində axtarış elan edib. Sumqayıt şəhər Polis İdarəsindən şənbə günü bildirblər ki, Allahverdiyeva şəhər sakini Azər Şamxalovun etimadını qazanaraq, onu işə düzəltmək adı ilə, 4000 dollar pulunu alıb. Hadisə ötən ilin oktyabrında baş verib.

Zərərçəkən faktla bağlı polisə indi müraciət etdiyindən, Sumqayıt şəhər Polis İdarəsi indi araşdırmalara başlayıb. Polisdən bildiriblər ki, Allahverdiyevanın yeri müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti