...

NATO baş katibinin Cənub Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Bakıyə gəlib (Video)

Siyasət Materials 27 Sentyabr 2007 23:18 (UTC +04:00)
NATO baş katibinin Cənub Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Bakıyə gəlib (Video)

Azərbaycan, Bakı / Trend müxbir K. Ramazanova/ NATO-nun Cənub Qafqazdakı yeni təyin olunmuş rabitə üzrə zabiti Zbiqnev Rıbatskinin Azərbaycana ilk səfəri oktyabrın 15-ə təyin olunub. Bu haqda jurnalistlərə cümə axşamı şimalatlantik alyansın baş katibinin Cənub Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib.

Onun sözlərinə görə, bundan sonra nümayəndə Azərbaycana tez-tez səfərlər edəcək. R. Simmons səfərinin ikinci məqsədinin Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (IPAP) ilə bağlı olduğunu deyib: "Azərbaycan İPAP-ın ikinci hissəsini qəbul edib. İPAP canlı sənəd olduğundan, zaman keçdikcə təkmilləşdirilməsinə ehtiyac var. Azərbaycan da bu təkmilləşdirməni aparır. Sənədin ikinci hissəsində müdafiə sisteminin təkmilləşdirilməsi və vətəndaş cəmiyyəti ilə bağlı layihələr nəzərdə tutulur".

Azərbaycan müdafiə nazirinin mülki şəxs olması ilə bağlı məsələyə münasibət bildirən xüsusi nümayəndə nazirin hərbçi, yaxud mülki şəxs olmasının elə də əhəmiyyət daşımadığını söyləyib: "Əsas odur ki, Hazırda Azərbaycanda hökumət və parlament bu nəzarəti həyata keçirir. Demək istəyirəm ki, bu sahədə Azərbaycanda tərəqqi vardır" - deyə Simmons yekunlaşdırdı.

Xəbər lenti

Xəbər lenti