Azərbaycan, Bakı / Trend S.Ağayeva/ Hersoq York həzrətləri oktyabrın 1-də Azərbaycana birgünlük səfərə gələcək. Bu barədə cümə günü Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.
Hersoq York, şahzadə Endryu, Kraliça II Yelizaveta həzrətlərinin ikinci oğlu və Uels şahzadəsi Çarlizin kiçik qardaşıdır.
Qısa müddətli səfər zamanı Hersoq ölkə başçısı ilə görüşəcək, Azərbaycanda işləyən Britaniya vətəndaşlarının fəaliyəti ilə tanış olacaq.
Bu Hersoq Yorkun Azərbaycana 3-cü səfəridir.