...

Yol hərəkəti qaydalarının pozuntuları artıb

Siyasət Materials 17 Oktyabr 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bu ilin doqquz ayında aşkar olunmuş yol hərəkəti qaydalarının pozuntusu ötən ilin müvafiq dövrü ilə müqayisədə 122 min 238 fakt artıb. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə günü Trend ə verilən məlumata görə, hesabat dövründə yol polisi əməkdaşları 682 min 772 yol hərəkəti qayda pozuntusu aşkarlayıb. Qeydə alınan pozuntuların , 16 min 605-i nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi, 126 min 135-i müəyyən olunmuş sürət həddinin aşılması, 66 min 275-i ötmə qaydalarının, 7 min 289-u sərnişindaşıma qaydalarının pozulması ilə bağlıdır.

Həmin dövrdə sürücü və sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməmələri ilə bağlı 91 mindən artıq fakt aşkarlanıb qeydə alınıb.

Bu ilin 9 ayında yol hərəkəti qaydalarının pozuntusuna görə 2089 sürücünün sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Qayda pozuntularına görə, 173 mindən artıq sürücü yerində cərimələnib

Xəbər lenti

Xəbər lenti