...

Litvanın parlament nümayəndə heyəti Bakıya gəlir

Siyasət Materials 22 Oktyabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Litva parlament nümayəndə heyəti bazar ertəsi axşam Bakıya gələcək.

Litvanın Azərbaycandakı səfirinin köməkçisi Vilicus Samuilanın sözlərinə görə, Litva parlamentinin beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Yuspinas Karosasın rəhbərlik edəcəyi nümayəndə heyəti ikigünlük səfər zamanı parlamentdə, xarici işlər və iqtisadi inkişaf nazirliklərində görüşlər keçirəcək. Nümayəndə heyətini prezidentin də qəbul edəcəyi gözlənilir.

Görüşlərdə həm parlamentlərarası, həm də Azərbaycan və Litva arasındakı siyasi və iqtisadi məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti