...

Gürcüstanın baş naziri ölkədə hər şeyin damokratik qaydalara uyğun baş verməsinə əmindir

Siyasət Materials 7 Noyabr 2007 16:04 (UTC +04:00)
Gürcüstanın baş naziri ölkədə hər şeyin damokratik qaydalara uyğun baş verməsinə əmindir

Gürcüstan, Tbilisi / Trend müxbir N. Kirtsxalia/ "Bu günlərdə Gürcüstan Pustaveli prospektində baş verən hadisələrlə əlaqədar olaraq dünya ictimaiyyətinin diqqət mərkəzindədir, hamı şahidi olub ki, Gürcüstan hökuməti demokratik prinsiplərinə sadiqdir" - deyə hökumətin iclası zamanı baş nazir Zurab Noqaideli bildirib.

Nazir qeyd edib ki, hamı Gürcüstanın söz azadlığına hörmət etdiyinin şahidi oldu və bu, Gürcüstanın yaxın zamanlarda dünya ictimaiyyəti ilə birgə iştirak etdiyi bütun forumlarda özünü göstərib. "Tbilisidə nəqliyyatın Rustaveli prospekti ilə sərbəst şəkildə hərəkət etməsi elementar bir misaldır" - deyə baş nazir bildirib.

Noqaideli qeyd edib ki, Gürcüstan hökumətinin yeni iş yerlərinin yaradılması, iqtisadi artım

ərazi bütövlüyü kimi prioritetləri dəyişməyib. Baş nazir nazirləri regionlarda havanın kəskinləşməsinə diqqət yetirməyə və tədbirlər görməyə çağırıb. Nazir hava şəraiti ilə əlaqədar artıq İmeretidə elektrik ötürücü xətlərinin ziyan çəkdiyini və 10 min nəfər əhalinin elektrik enerjisiz qaldığını bildirib.

Xəbər lenti

Xəbər lenti