...

Azərbaycanın XİN başçısı: Biz anlayırıq ki, Avropa Birliyi ilə tam miqyaslı üzvlülük kontekstində əməkdaşlıq formatı yetərincə problematikdir

Siyasət Materials 25 Noyabr 2007 12:59 (UTC +04:00)
Azərbaycanın XİN başçısı: Biz anlayırıq ki, Avropa Birliyi ilə tam miqyaslı üzvlülük kontekstində əməkdaşlıq formatı yetərincə problematikdir

Latviya, Riqa / Trend müxbir N.Kuznetsova/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Trend ə eksklüziv müsahibəsi

- Cənab nazir, Riqada keçirilən "Baltikyanı dövlətlər və Avropa Birliyinin qonşuluq münasibətləri siyasəti" beynəlxalq konfransdan nə gözləyirsiniz və hazırda Azərbaycanın bu quruma üzvlüyündən danışmaq nə dərəcədə realdır?

- Bu konfrans Avropa Birliyinin qonşuluq proqramı çərçivəsində keçirilir və bu cür tədbirlər mütəmadi xarakter almaqdadır. Bu yaxınlarda belə bir tədbir Brüsseldə də baş tutmuşdur, indi isə bu cür konfransın keçirilməsini öz üzərinə Latviya tərəfi götürüb. AB qonşuluq siyasəti əsasında Avropa Birliyi ilə Cənubi Qafqaz və Şərq regionu dövlətləri arasında qarşılıqlı münasibətlər xətti qurulur. Cənub istiqamətinə əsasən Aralıq dənizi, Şərq regionuna isə Cənubi Qafqaz, Ukrayna və Moldova daxildir.

Əlbəttə ki, Baltikyanı ölkələr bizə yaxındır. Çünki biz hamımız böyük bir ailədən çıxmışıq. Bütün niyyətlərimizdə, imkanlarımızda Baltikyanı dövlətlər bizi daha yaxşı anlayırlar, nəinki Avropanın digər hissəsi. Bu kontekstdə Azərbaycanla AB arasındakı əməkdaşlığı nəzərdən keçirəndə sual yaranır-bu əməkdaşlıq hansı formatda olacaq? Biz hamımız çox gözəl başa düşürük ki, Avropa Birliyi ilə tam miqyaslı üzvlülük kontekstində əməkdaşlıq formatı yetərincə problematikdir və belə bir səddi qaldırmaq lazım deyil, çünki bu istək qarşılıqlı olmalıdır-təkcə niyyətlərimizdə deyil, eyni zamanda Avropa Birliyi ölkələrinin istəyində olmalıdır, yəni onlar bizi öz ailəsinin üzvü qismində nə qədər çox görmək istəyirlər.

Buna görə də bizim üçün xoşməramlı qonşuluğun yaradılması formulu maraqlıdır. Bu formul ölkədə çoxsaylı islahatlar keçirməyə, Avropa dövlətlərinin yaşayış minimumunu oriyentir kimi götürməyə imkan verir. Onların təhsil və informasiya texnologiyaları sahəsində maraqlı təcrübələri var. Eyni zamanda demokratiyanın inkişafı, insan hüquqları, qanunun aliliyi kimi məsələlərdə böyük maraq var. Bütün bunlar ölkəmizdə tətbiq etməli olduğumuz önəmli məsələlərdir, habelə məhkəmə sistemində islahatlar keçirməliyik. Bu bizim üçün maraq kəsb edən elementlərdir və bu kontekstdə AB ilə əməkdaşlıq bizim üçün önəmlidir.

- Azərbaycanın Baltikyanı ölkələrə marağı nə dərəcədədir? Baltikyanı ölkələrlə Azərbaycan arasındakı əməkdaşlığı necə görürsüz?

- Nəzərə alsaq ki, biz bir böyük ailədən çıxmışıq, niyyətlərimiz və inkişafımızla bağlı məsələləri daha yaxşı anlayırıq. Bu kontekstdə başa düşürük ki, AB hansısa vahid orqan deyil. O 27 dövlətdən, millətlərdən, mini-orqanizmlərdən ibarətdir və onların hər biri ilə işləmək çox vacibdir.

Baltikyanı ölkələr Azərbaycanla prezidentlər və rəhbərlik səviyyəsində çıx əlaqələrə malikdir. Riqaya səfərim çərçivəsində Latviyanın XİN başçısı Maris Riekstinşla görüşüm olub. Həmin görüşdə münasibətlərimizin iqtisadi tərəflərini müzakirə etmişik.

Azərbaycanın da Baltikyanı regionda maraqları var və biz Krakov və Vilnüsdə enerji təhlükəsizliyinə dair sammitlər keçirmişik. Onlar enerji resurslarını bu bölgəyə çıxarmağa və neft portallarının Baltikyanı regionunun bazarına yol tapmasına imkan yaradır. Biz neft məhsullarının və enerji resurslarının Aarlıq və Qara dənizlərə çıxışı baxımından əməkdaşlıqda maraqlıyıq. İndi isə Baltik dənizi məsələsi də kifayət qədər geniş müzakirə edilir.

Bundan əlavə, turizm, bank sektoru kimi sahələrdə maraqlar var, infrastruktur layihələr mövcuddur. Azərbaycan hazırda intensiv şəkildə inkişaf edir və Baltikyanı dövlətlərin bizə təklif edəcəyi məsələlər var. Misal üçün, Latviya banklarından birinin Azərbaycandakı investisiyalarının həcmi 150 milyon dollara çatır. Digər banklar da bizimlə çalışmaq istəyir.

- Hansı ölkələr Azərbaycanın əsas strateji tərəfdaşlarıdır?

- Avropa Birliyi kontekstində bunlar Baltikyanı dövlətlərdir. Bundan əlavə, bizim Polşa və Rumıniya ilə çox sıx əlaqələrimiz var. Bizim üç dəniz - Baltik, Qara və Xəzər dənizlərinin əməkdaşlığına dair konsepsiyamız mövcuddur. Bu yaxınlarda Moldovada Bolqarıstanın baş nazirini qəbul etmişik, burada da əlaqələr intensv şəkildə inkişaf edir. Prinsip etibarilə bunlar keçmiş sosialist ölkələrdir.

Deyə bilmərəm ki, AB-nin əsas oyunçuları-Fransa və Almaniya ilə əlaqələrimiz pisdir. Mən yenicə Parisdən gəlmişəm. Orada Azərbaycan prezidenti Sarkozi ilə ikitərəfli görüşlər keçirirdi. Almaniya ilə də əlaqələr bütün sahələrdə effektiv şəkildə inkişaf edir. Alman şirkətləri Azərbaycan bazarında yaxşı işləyirlər. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə müxtəlif imkanlar yaranmaqdadır. Şübühəsiz ki, Azərbaycan şirkətləri üçün AB bazarına çıxış üçün imkanlar açılır.

- Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasında vahid iqtisadi zonanın yaradılması ideyası aktiv şəkildə müzakirə edilir. Bu təşəbbüsü necə qiymətləndirirsiz?

- Burada vahid enerji zonasından söhbət gedir. Çünki iqtisadiyyat daha geniş amildir. Bakı-Tbilisi-Ceyhan boru kəməri beynəlxalq enerji layihəsi var. Həftənin əvvəlində isə qaz kəmərinin Türkiyə-Yunanıstan hissəsinin açılışı oldu. Faktiki olaraq Azərbaycan qazı Azərbaycan-Gürcüstan-Türkiyə boru kəməri vasitəsi ilə Avropa Birliyi bazarına ötürülməyə başladı. Gələcəkdə qazın İtaliya bazarına çıxışı planı var. Həmçinin digər bir maraqlı layihə var. Bu layihə Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə Bolqarıstan, Rumıniya, Avstriya, Macarıstana çıxışı nəzərdə tutur. Bütün bu layihələr kifayət qədər maraqlıdır. Lakin çox elementləri müzakirə etmək lazımdır. Məsələn, tarif və tranzit məsələlərini. Şübhəsiz ki, siyasət böyük rol oynayır və biz siyasi məsələlərə görə enerji layihələrini sırf enerji layihəsi adlandıra bilmərik.

Neftlə bağlı maraqlı layihəmiz də var- Qara dəniz və Ukrayna vasitəsi ilə Polşa, Baltikyanı bölgənin bazarına çıxmaq. Yəni bütün bu variantlar masa üzərindədir və müzakirə mərhələsindədir. Onların real şəkildə nə zaman işə düşəcəyi ilə bağlı məsələ danışıqların davam etdirilməsini tələb edir. Çünki burada təkcə siyasət yox, həmçinin kommersiya amili önəmlidir. Ancaq istənilən halda bu layihələrə maraq böyükdür və Xəzər dənizindən enerji resurslarının nəqli Avropanın enerji təhlükəsizliyi üçün yeni element olacaq.

- Mən Azərbaycan üçün ağrılı olan mövzu ilə əlaqədər sual vermək istəyirəm. Qarabağ nizamlanmasındakı növbəti süstlüyün gələn il Ermənistan və Azərbaycanda keçirilməsi planlaşdırılan seçkilərlə bağlı əlaqəsi varmı?

- Burada məsələ daha konseptual şəkildə qoyulmalıdır. Birincisi, Ermənistan rəhbərliyi və erməni xalqı nəhayət ki, anlamalıdır ki, Qarabağ probleminin tezliklə həlli Ermənistanın maraqlarına cavab verir. Bu dövlət Qarabağ məsələsində uzaqgörənlik nümayiş etdirmədiyindən dalana düşdü. Həm də iqtisadi inkişaf baxımından regionun ciddi enerji və iqtisadi layihələrindən kənarda qaldı. Onlar nə qədər tez anlasalar ki, bu, onların milli maraqlarına maneəçilik törədir, bir o qədər yaxşı olar, ilk növbədə Ermənistan və bütövlükdə bölgə üçün. Çünki bu, onun inkişafını ləngidir.

İkincisi, əgər Ermənistan Avropa Birliyi ilə tərəfdaşlığı və əməkdaşlığı genişləndirmək istəyirsə, sual yaranır-əgər sən Avropa məkanına inteqrasiya olunursansa, eyni baxışları bölüşməlisən. Mən isə düşünmürəm ki, Avropa digər ölkəyə qarşı təcavüzü və etnik təmizləmələri alqışlayır. Bu etnik təmizləmələri nəyə gətirib çıxartdı? Dünya tamamilə fərqli istiqamətdə irəliləməyə başladı. Əgər hətta İkinci Dünya müharibəsindən sonra bir çox Avropa dövlətləri ikitərəfli münasibətlərdə problemlər yaşasalar da, bunu anlayıb nəticələr çıxartdılar və problemləri çözə bildilər. Nəticədə iqtisadiyyat, qarşılıqlı anlaşma və cəmiyyətin inkişafı kimi amillərə əsaslanan Avropa Birliyi yarandı. Analoji nəticələri Ermənistan rəhbərliyi və xalqı çıxartmalıdır. Beynəlxalq hüququn prinsiplərinin hər hansı formada Ermənistana Qarabağı öz tərkibinə daxil etmək məsələsində kömək edəcəyini gözləmək çətindir.

- Seçkilərdən sonra vəziyyət dəyişə bilərmi?

- Birincisi, hər şey onların normal seçki keçirib-keçirməyəcəindən asılıdır. İkincisi, Ermənistan prezidenti başa düşməlidir ki, o, başqa məsuliyyət daşıyır və anlamalıdır ki, ölkənin gələcəyi olmalıdır. İlk növbədə onlar anlamalıdırlar ki, bu, onların milli maraqlarına cavab verir. Bu o demək deyil ki, kimsə onları bölgədən kənarlaşdırmaq istəyir. Axı torpağı götürüb başqa yerə köçmək və yaxud da divar tikmək mümkün deyil. Onların istəyindən asılı olmayaraq onlar ümumi dil tapmalı olacaq. Biz də eyni ilə-istəsək də, istəməsək də ümumi dil tapmalıyıq. Ona görə də məsələ konseptual olaraq təkcə sülh prinsipi yox, həm də iqtisadiyyat və konstruktiv dialoq prinsipi ilə həll olunmalıdır. Gələn həftə ATƏT-də nazirlərin görüşü olacaq. Burada bizim ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşümüz olacaq.

- Konfransdakı çıxışınızda qeyd etdiniz ki, Avropa "dondurulmuş" münaqişələr məsələsində ikili standartlar tətbiq edir. Nəyi nəzərdə tuturdunuz?

- İkili standartlar məsələsi o deməkdir ki, ərazi bütövlüyünün toxunulmazlığı haqda danışanda, bu, hamı üçün eyni olmalıdır. Etnik təmizləmələr məsələsi isə öz disproporsiyasını itirir, əgər bir dövlətin adı çəkilir, digərinin isə yox.

Üçüncüsü, izah etmək lazımdır ki, beynəlxalq hüquq prinsipləri var və hamı buna riayət etməlidir. Bizim üçün çox vacibdir ki, Avropa Birliyi öz gücü ilə başa sala bilsin ki, nəyə görə qəbul olunmayan prinsiplərdən uzaq olmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti