...

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Siyasət Materials 28 Noyabr 2007 13:08 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq planı imzalanıb. Sənədi Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoliy Serdyukov və Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev imzalayıb.

İkitərəfli hərbi əməkdaşlıq planı 2008-ci ildə iki ölkə arasında hərbi əməkdaşlığın istiqamətlərini əhatə edir.

Rusiyanın müdafiə naziri Serdyukov azərbaycanlı həmkarının dəvətilə noyabrın 27-də Bakıya rəsmi səfərə gəlib.

Çərşənbə günü Serdyukovla Əbiyev arasında görüş olub. Görüşdən sonra Rusiyanın müdafiə naziri Azərbaycanın şimalında yerləşən Qəbələ Radiolokasiya Stansiyasına (RLS) yola düşüb.

Rusiya pezidenti Vladimir Putin yayda ABŞ prezidenti Corc Buşa RƏMS sahəsində əməkdaşlıqla bağlı bir sıra təkliflər verib, eləcə də ABŞ-ın Çexiyada RƏMS yerləşdirməkdən imtina etməsi müqabilində Azərbaycanda yerləşən RLS-dən birgə istifadəni təklif edib.

Qəbələ RLS sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Radiolokasiya stansiyası 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib.

Xəbər lenti

Xəbər lenti