İspaniya, Madrid / Trend , müxbir A.Məhərrəmli/ Rəsmi Yerevan Dağlıq Qavrabağ münaqişəsinin mümkün hərbi həlli haqqında Azərbaycanın bəyanatı ilə əlaqədar öz narahatlığını bildirib. Belə barədə cümə axşamı Madriddə ATƏT-in Nazirlər Şurasının 15-ci iclasında Ermənistanın xarici işlər naziri Vardan Oskanyan çıxış etmişdir.
Oskanyan: "Dağlıq Qavrabağ münaqişəsinin hərbi həlli yoxdur. Məsələ yalnız güzəşt yolu ilə həll oluna bilər", - deyib əlavə etmişdir ki, Azərbaycan Avropada silahlı qüvvələrin məhdudlaşdırılması haqqında müqavilədə nəzərdətutulmuş məhdudiyyəti aşıb.
Ermənistan XİN-in başçısı bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdikləri Dağlıq Qavrabağ münaqişəsinin tənzimlənməsi üzrə təkliflər paketinə də toxundu.
ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Azərbaycana və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə öz yazılı təkliflərini vermişlər. Paketə tərəflərin artıq üç ildir ki müzakirə etdikləri 10 təklif daxildir.
Sənəd Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı V.Oskanyanla, həmçinin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibinin beynəlxalq məsələlər üzrə köməkçisi Nikolos Bernlə Madriddə cümə axşamı keçirilmiş görüşü zamanı təqdim edilib.
Oskanyan dedi ki, təhlükəsizlik, köçkünlər, öz müqəddəratının həlli məsələlərinin daxil olunduğu sənəd münaqişənin tənzimlənməsi yzrə ilkin razılığa gəlməyə imkan verəcək.
Cənubi Qafqazın bu iki ölkəsi arasındakı münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası zəminində meydana çıxmışdır. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar və indiyədək ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları aparılır.