...

Azərbaycan müdafiə nazirinin Estoniyaya səfəri başlayıb

Siyasət Materials 4 Dekabr 2007 10:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyevin bu gün Estoniyaya ikigünlük səfəri başlayır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend ə bildiriblər ki, Estoniyanın müdafiə naziri Yaak Aaviksoonun dəvəti ilə gerçəkləşən səfər zamanı Azərbaycan generalı bu ölkənin Müdafiə, Xarici İşlər nazirliklərində ikitərəfli görüşlər keçirəcək. Əbiyev səfər çərçivəsində Estoniya Parlamentində və Silahlı Qüvvələrin Qərargahında görüşlər keçirəcək. Azərbaycan müdafiə nazirini Estoniyanın prezidenti Tomas-Xendrik İlvesin qəbul edəcəyi planlaşdırılıb.

Məlumata görə, səfər zamanı Azərbaycan və Estoniya Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanacaq. Əbiyevin səfəri dekabrın 6-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti