Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Azərbaycan Xəzər və Qafqaz regionunda təhlükəsizlik məsələləri və terrorizmlə mübarizədə NATO üçün mühüm rol oynayır. Bu barədə beynəlxalq NATO-Azərbaycan məktəbinin qış sessiyasında çıxışı zamanı NATO-nun Cənubi Qafqaz ölkələrində əlaqələndirici zabiti Zbiqnev Rıbatski bildirib.
Onun sözlərinə görə, NATO Azərbaycanın Avropa strukturlarına inteqrasiya cəhdlərini dəstəkləyir. O bildirib ki, bu, ölkənin inkişafına yardım edəcək.
Rıbatski bu vəzifəyə 2007-ci ilin sentyabrında təyin olunub. Onun əsas vəzifəsi Qafqaz ölkələri və NATO arasında tərəfdaşlıq münasibətlərinin yaxşılaşdırılması, həmçinin regionda təhlükəsizlik və siyasi məsələlər üzərində işləməkdən ibarətdir.
NATO ilə Azərbaycan arasında "Sülh naminə tətərfdaşlıq" proqramı çərçivəsində ikinci raund başlayır. NATO və Azərbaycanın rəsmi şəxsləri əməkdaşlığın birinci mərhələsinin uğurlu keçdiyini bildiribilər.