Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda bir ildən çöxdur axtarışda olan "İbo" ləqəbli narkobaron tutulub, bazar ertəsi Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib.
1962-ci il təvəllüdlü Ağstafa rayon sakini, narkotik maddələrin alqı-satqısıilə məşğul olan "İbo" ləqəbli İlqar Abdal oğlu Ələkbərov 2006-cı ilin oktyabrından axtarışda idi.
Zahidov deyib ki, narkobaron, dekabrın 9-da keçirilən əməliyyat nəticəsində, Bakı şəhərində tutulub. Onun sözlərinə görə, Ələkbərov barəsində Cinayət Məcəlləsinin 234.3-cü (narkotik maddələrin saxlanılması, əldə edilməsi, satışı və ya daşınması ilə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.