Azərbaycan, Bakı / Trend / Bakı Fond Birjasının çərşənbə günü yaydığı məlumatda bildirilir ki, 12 dekabr 2007-cı il tarixində Bakı Fond Birjasında Milli Bankın 50100718S dövlət qeydiyyat nömrəli, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərracda 13 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 73 984 600 manat təşkil edib.
Sifarişlər 99.13% (gəlirlik 11.28%) qiymətdə təqdim edilib.
Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.13% (gəlirlik 11.28%) orta ölçülmüş qiymət - 99.13% (gəlirlik 11.28%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 70 000 000 manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi 09 Yanvar 2008-ci ildir.
Notların mülkiyyət hüquqlarının uçotu BFB-in depozitarisində aparılır.