...

MSK nümayəndələri Qırğızıstanda qısamüddətli müşahidələr aparacaqlar

Siyasət Materials 13 Dekabr 2007 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının 3 nəfərdən ibarət nümayəndə heyəti dekabrın 16-da Qırğızıstanda keçiriləcək Parlament seçkisini müşahidə edəcək. Bu barədə cümə axşamı Trend ə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

Qısamüddətli müşahidə missiyasına MSK üzvləri və MSK Aparatının əməkdaşı daxildir. MSK müşahidəçiləri dekabrın 14-dən 18-dək Bişkekdə olacaqlar.

MSK-nın nümayəndələri yanvarın 5-də Gürcüstanda keçiriləcək növbədənkənar prezident seçkisini də müşahidə edəcəklər.

Xəbər lenti

Xəbər lenti