...

Rusiya və Azərbaycanın strateji tərəfdaşlıq kursu Rusiyada keçiriləcək seçkilərdən sonra da qorunub saxlanacaq- Sergey Narışkin

Siyasət Materials 13 Dekabr 2007 17:43 (UTC +04:00)
Rusiya və Azərbaycanın strateji tərəfdaşlıq kursu Rusiyada keçiriləcək seçkilərdən sonra da qorunub saxlanacaq- Sergey Narışkin

Rusiya və Azərbaycanın strateji tərəfdaşlıq kursu Rusiyada keçiriləcək seçkilərdən sonra da qorunub saxlanacaq. "Sizi əmin edirəm ki, bu kurs tam olaraq qorunub saxlanacaq və gücləndiriləcək" - deyə Baş nazirin müavini, RF-nin hökumət aparatının rəhbəri Sergey Narışkin cümə axşamı jurnalistlərə Azərbaycan-Rusiya hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının Movkvada keçirilən iclasının yekunları ilə bağlı məlumat verərkən bildirib.

İTAR-TASS-ın verdiyi məlumata görə, Narışkin 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkisi ilə də bağlı fikir bildirib. "Mən əminəm ki, Azərbaycan xalqı dəqiq və düzgün seçim edəcək" - deyə Narışkin bildirib. "Hətta mən də bilirəm ki, hansı seçimi edəcək" - deyərək Narışkin gülümsəyib.

Xəbər lenti

Xəbər lenti