...

Azərbaycan parlamentinin deputatları MTN-dən PKK ilə bağlı açıqlama verməsini tələb edirlər

Siyasət Materials 18 Dekabr 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ölkədə PKK bazalarının və terror təşkilatını dəstəkləyən yüksək vəzifəli məmurların olması ilə bağlı məsələyə aydınlıq gətirilməsini tələb edirlər. "Azərbaycanın bəzi mətbuat orqanlarında yüksək vəzifəli şəxsləri PKK ilə əlaqədə və terrorçuluqda ittiham edirlər. Həmin yazılarda iddia olunur ki, Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri ərəfəsində, PKK ilə əlaqəda şübhəli bilinən məmurlar MTN-ə çağırılaraq, dindiriliblər. Faktlara əsaslanmayan bu cür yazılar Türkiyə - Azərbaycan münasibətlərinə zərbə vurur", - deyə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında müxalifətyönlü Bütöv Azərbaycan Xalq Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib.

O əlavə edib ki, bu cür yazılar Azərbaycanda milli ayrı-seçkiliyi gücləndirir. MTN bu məsələrlə bağlı açıqlama vermir. Nazirlik bu məsələyə aydınlıq gətirməlidir.

Müxalifətyönlü Vətandaş Həmrəyliyi partiyasının sədri, deputat Sabir Rüstəmxanlı da bildirib ki, MTN Azərbaycanda PKK dayaqlarının olması ilə bağlı məsələyə aydınlıq gətirməlidir. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları arasında PKK-ya dəstək verən şəxslər var.

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə, Azərbaycanda PKK-nı dəstəkləyən qüvvələrin və PKK bazalarının yaradılması ilə bağlı fikirləri cəfəngiyyət adlandırıb. Mirzəzadə hesab edir ki, müxalifət qüvvələri PKK məsələsini vaxtaşırı gündəmə gətirməklə, siyasi dividend götürməyə çalışırlar: "PKK məsələsində Azərbaycanla Türkiyənin mövqeyi eynidir"

Xəbər lenti

Xəbər lenti