...

Həbsxanalara qadağan olunan əşyaları keçirməyə cəhd göstərənlər həbs olunacaq

Siyasət Materials 25 Dekabr 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti həbsxanalara qadağan olunan əşyaların keçirilməsinə cəhd göstərən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanunvericiliy? dəyişiklik qəbul edib. Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Cinayət Məcələsi və İnzibati Xənatalar Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə və qəbul edilib.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, deputat Əli Hüseynov bildirib ki, təklif olunan dəyişikliklər istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə qadağan olunan əşyaların keçirilməsinə cəhd göstərən şəxslərin, buna şərait yaradan vəzifəli şəxslərin və qeyd olunan müəssisələrdə həmin əşyaları saxlayan və gəzdirən məhbusların cinayət məsuliyətinə cəlb olunmasını nəzərdə tutur.

Dəyişiklikliyə əsasən, istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə qadağan olunan əşyaların keçirilməsinə cəhd göstərənləri şərti maliyə vahidinin 1000 mislindən -2000 mislinədək cərimə və 2 il müddətinə məcburi əməyə cəlbetmə və ya 2 il həbs cəzası gözləyir.

Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan bu dəyişikliklər parlamentin dekabrın 18-də keçirilən iclasında müzakirə olunmuşdu. Lakin millət vəkilləri dəyişiklikliyə etiraz etdiklərindən, layihə yenidən işlənmək üçün geri qaytarılmışdı. Parlamentin çərşənbə axşamı keçirilən iclasında təklif olunan dəyişikliklərə heç bir əlavə və dəyişiklik edilmədən müzakirəyə çıxarılıb.

Parlamentdə müxalifəti təmsil edən deputatlar - İqbal Ağazadə, Pənah Hüseyn təklif olunan dəyişikliklərin həbsxanalarda korrupsiyaya yol açıcağını bildiriblər. Onların fikrincə, c?zan? sərtləşdirməklə cinayətin qarşısını almaq mümkün deyil. Xalq artisti, deputat Zeynəb Xanlarova hesab edir ki, təklif olunan dəyişikliklər ədalətli deyil.

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar - Siyavuş Novruzov, Mübariz Qurbanov və digərləri dəyişiklikləri dəstəkləyiblər.

Müzakirədən sonra parlament dəyişiklikləri qəbul edib.

Xəbər lenti

Xəbər lenti