...

Azərbaycan və Yaponiya hökumətləri energetika sahəsində əməkdaşlığın yeni imkanlarını müzakirə edəcəklər

Siyasət Materials 17 Yanvar 2008 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın beşinci iclası hazırlanır. Tədbir 25-26 fevralda Tokioda keçiriləcək. Bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin məsləhətçisi Gürsəl İsmayılzadə cümə axşamı Tokiodan telefonla məlumat verib.

Hazırda hər iki ölkə hökumətlərində işlər aparılır, danışıqların gündəliyi və komissiyanın imzalanmasına çıxarılacaq sənədlərin layihəsi hazırlanır. İclasın yekunlarına əsasən Protokol və iqtisadi sferada bir neçə müqavilənin imzalanacağı gözlənilir.

Məsləhətçi bildirib ki, danışıqlarda əsas diqqət Yaponiya tərəfinin çox maraqlı olduğu energetika sahəsində əməkdaşlıq məsələlərinə ayrılacaq.

İclasın işində iştirak etmək üçün Abid Şərifovun başçılığı ilə hökumət nümayəndə heyəti Tokioya yola düşəcək. Yaponiya tərəfindən komissiyaya "İtocu" şirkətinin vitse-prezidenti Akita Yokoto başçılıq edir.

Azərbaycan baş nazirinin müavini Tokioda Yaponiya hökuməti ilə ikitərəfli görüşlər keçirməyi də planlaşdırır. Görüşlərin proqramı dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti