...

Cənubi Qafqazda münaqişələrin həllində əsas prinsip ərazi bütövlüyü olmalıdır - Gürcüstan prezidenti

Siyasət Materials 24 Yanvar 2008 20:56 (UTC +04:00)

Fransa,Strasburq, 24 yanvar/ Trend , müxbir A.Məhərrəmli/Bu gun Gürcüstan prezidenti Mixail Saakaşvili ASPA-nın qış sessiyasında məruzə ilə cıxış edib. Sonra prezident Saakaşvili deputatların suallarına cavab verib. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Saakaşviliyə yaxın 1-2 ildə Abxaziya ve Cənubi Osetiyada münaqişələrin həlli istiqamətində perspektivlər və ümumilikdə Cənubi Qafqazda münaqişələrin həllinə mane olan amillərlə bağlı suallarla müraciət edib. Azərbaycanlı deputatın Gürcüstan prezidentinin fikrini öyrənmək istədiyi digər məqamsa, AS da daxil olmaqla, beynəlxalq təşkilatların bu münaqişəlrin həlli istiqamətində fəaliyyətinə çıxışçının münasibəti ilə bağlı olub. Saakaşvili qeyd edib ki , çox ağır olan bu problemlər, sadəcə, dondurulmuş münaqişələr deyil, bunlara diqqət dondurulub.Bu problemdən hər gün insanlar əziyyət çəkirlər.Gürcüstan prezidenti onu da deyib ki, Cənubi Qafqazda münaqişələrin həllində əsas prinsip ərazi bütövlüyü olmalıdır. "Heç kəs ərazi bütövlüyü prinsipi ilə oynaya bilməz. Zorakılıq həll yolu deyil" - deyən Saakaşvili onu da vurğulayıb ki, belə məsələlərin həlli səbrlə yanaşı, qətiyyət də tələb edir.

Cürcüstan prezidentinin cıxışından sonra ASPA- da Cürcüstanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə dair müzakirələr başlayıb.

Xəbər lenti

Xəbər lenti