...

Müxalifətin hakimiyyətlə danışıqları yenidən bərpa edilməyəcək - gürcü deputat

Siyasət Materials 11 Fevral 2008 15:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Müxalifətin hakimiyyətlə danışıqları ölkə rəhbərliyi onlara verilən vədləri yerinə yetirməyənədək yenidən bərpa edilməyəcək. Bu barədə Trend ə birləşmiş müxalifətin üzvü, parlament deputatı Bejan Qunava məlumat verib.

Birləşmiş müxalifət MSK sədri Levan Tarxinişvili, İctimai televiziyanın baş direktoru Tamar Kinçuraşvilinin işdən azad edilməsi və onların siyasi məhbus hesab etdikləri 43 dustağın azad edilməsini tələb edirlər. Onlar noyabr hadisələri zamanı həbs ediliblər.

"Bununla yanaşı, müxalifət 15 fevral mitinqinə dair onun baş tutacağını bildirib. Buna baxmayaraq, bu tələblər yerinə yetirilmədiyi halda o davam edəcək" - Qunava bildirib.

Bundan əlavə,parlamentin "Sənayeçilər" və "Yeni sağlar" müxalifət fraksiyaları hakimiyyətlə məsləhətləşmələrin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Onlar birləşmiş müxalifət liderləri ilə razı deyillər və hesab edirlər ki, hakimiyyətin fevralın 15-dək nəinki yuxarıda göstərilən tələbləri, hətta memorandumun digər bəndlərinin icrasında irəliləyişə nail olmaq üçün vaxtı var. Memorandumu isə müxalifət bir ay əvvəl qəbul edib.

Məqalə müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti