...

Vaşinqton Kosovonun müstəqilliynin digər münaqişələr üçün presedent ola biləcəyini düşünmür

Siyasət Materials 18 Fevral 2008 12:32 (UTC +04:00)
Vaşinqton Kosovonun müstəqilliynin digər münaqişələr üçün presedent ola biləcəyini düşünmür

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir K.Ramazanova/ Kosovonun müstəqilliyi digər münaqişələr üçün presedent ola bilməz. Bu barədə bazar ertəsi Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə Departamentinin rəhbəri Conatan Henik bildirib.

"Mən Kosovonu Dağlıq Qarabağ münaqişəsi üçün də presedent hesab etmirəm" - deyə Henik vurğulayıb.

Onun sözlərinə görə, bunlar fərqli münaqişələrdir və Kosovonun müstəqilliyi Azərbaycandakı vəziyyətə heç bir halda təsir edə bilməz.

Kosovonun baş naziri Haşim Taçi bazar günü bölgə parlamentini xüsusi iclasa çağırıb və burada Kosovonun müstəqilliyi elan olunub.

Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız beş dövlət (ABŞ və Avropa İttifaqı ölkələri) Kosovoya beynəlxalq nəzarət altında müstəqil dövlət statusunun verilməsini nəzərdə tutan Marti Axtisaari planının tanınmasına tərəfdar olduqlarını bildiriblər.

Kosovonun müstəqilliyini birtərəfli qaydada tanıya biləcək Avropa İttifaqı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinə Kosovo məsələsinin həlli kontekstində baxıla bilməz.

"Yaxşıdır ki, Dağlıq Qarabağ münaqişəsinin Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Kosovonun tanınması kontekstində adı çəkilmir" - deyə Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

Kosovo müstəqilliyinin birtərəfli qaydada elan olunmasından sonra özlərini respublika elan edən Abxaziya və Cənubi Osetiya müstəqilliklərinin tanınması məqsədilə Rusiya və BMT-yə müraciət etmək niyyətindədir.

Kosovonun birtərəfli şəkildə elan edilmiş müstəqilliyni Aİ-nin ən azı beş dövləti - Kipr, Yunanıstan, Rumıniya, İspaniya və Slovakiya tanımaq niyyətində deyil.

Rusiya Serbiyanın mövqeyi nəzərə alınmadan bölgənin statusunun müəyyən edilməsini qəbul edilməz hesab edir, Priştina və Belqrad arasında danışıqların davam etdirilməsini təkid edir. Moskva BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının təcili olaraq çağırılması mövqeyindən çıxış edir.

Serbiyanın baş naziri Voislav Koştunitsa bildirib ki, Serbiya Kosovonun müstəqilliyni tanımaq niyyətində deyil. O, Kosovo və Metoxiyonu Serbiyanın tərkibinə qaytaracağına vəd verib.

Kosovoda təxminən 2 mln. adam yaşayır, əhalinin 90 faizini bölgənin müstəqilliyi naminə çıxış edən etnik albanlar təşkil edir. Baxmayaraq ki, Kosovo formal olaraq Serbiyanın tərkibinə daxildir, bölgə 1999-cu ildən faktiki olaraq BMT güc administrasiyaları tərəfindən idarə olunur. 2008-ci il fevralın 4-də Avropa İttifaqı bu regionda olan "Mavi dəbilqəlilər"i əvəz edəcək 1,8 min nəfərlik polis-administrativ missiyasının Kosovoya göndərilməsinə razılıq verib.

Xəbər lenti

Xəbər lenti