...

Budapeştdə Azərbaycan və Macarıstan arasında dörd sənəd imzalanıb

Siyasət Materials 18 Fevral 2008 17:55 (UTC +04:00)
Budapeştdə Azərbaycan və Macarıstan arasında dörd sənəd imzalanıb

Macarıstan, Budapeşt,18 fevral / " , müxbir Y.Hüseynov / Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri çərçivəsində Budapeştdə dörd ikitərəfli sənəd imzalanıb. Sənədlər Azərbaycan liderinin Macarıstan başçısı Laslo Şoyomla görüşünün, həmçinin hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə aparılan danışıqların yekunu üzrə imzalanıb.

İki hökumətlərarası razılaşma: iqtisadi əməkdaşlıq haqqında; ikiqat vergiyə yol verməmək və gəlir və əmlak vergisinə münasibətdə vergilərdən yayınmanın qarşısının alınması haqqında sənəd imzalanıb.

Bundan əlavə, Azərbaycanın Sənaye və Energetika Nazirliyi və Macarıstanın İqtisadiyyat və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq haqqında razılaşma, həmçinin iki ölkənin xarici siyasət idarələrinin birgə bəyanatı qəbul edilib.

Xəbər lenti

Xəbər lenti