...

Müxalif təşkilat seçki prosesində qanun pozuntularına yol vermiş MSK üzvləri üçün nəzərdə tutulan cəzaların sərtləşdirilməsinin tərəfdarıdır

Siyasət Materials 21 Fevral 2008 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı 21 fevral / Trend , müxbir C.Babayeva/ Müxalifəti təmsil edən Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) seçki prosesində qanun pozuntularına yol vermiş Mərkəzi Seçki Komissiyası (MSK) üzvləri üçün nəzərdə tutulan cəzaların sərtləşdirilməsinin tərəfdarıdır. Bu barədə cümə axşamı Trend - a AYSH sədrinin təşkilat məsələləri üzrə müavini Şəmsəddin Rəhimli bildirib.

Rəhimlinin sözlərinə görə, AYSH Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini əməkdaşlıq sazişi imzalamış 18 müxalifət partiyası formatında təqdim edib.

"Təkliflərin ATƏT-in, eləcə də digər beynəlxalq qurumların nümayəndələrinə çatdırılması Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğluna həvalə olunub", deyə Rəhimli bildirib.

Rəhimlinin sözlərinə görə, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər həmçinin MSK-nın tərkibi ilə əlaqədardır.

"AYSH-nin təklifinə əsasən, MSK üzvləri Parlament tərəfindən seçilməlidir. Hərəkat seçkiqabağı təbliğatın hərbi hissələrdə və penitensiar müəssisələrdə (həbsxanalarda, təcridxanalarda) və ictimai nəqliyyatda aparılmasının əleyhinədir", deyə Rəhimli bildirib.

Onun sözlərinə görə, AYSH-nin seçki bloklarına qoşulması nəzərdə tutulmayıb.

"Müxalifət partiyaları ilə əməkdaşlıq məsələsi isə, şəraitə uyğun olaraq müzakirə oluna bilər", deyə sədr müavini bildirib.

2004-cü ildə yaradılmış AYSH-nin sədri Rusiya Federasiyasının istefada olan ədliyyə general- leytenantı İlqar Qasımovdur. AYSH prezident seçkisində öz namizədi ilə iştirak etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti