...

BMT-nin ali komissarı Ermənistanda insan hüquqlarının pozulması ilə əlaqədar narahatçılığını bildirib

Siyasət Materials 3 Mart 2008 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir S.Ağayeva / BMT-nin insan hüquqları üzrə ali komissarı Luiza Arbur bəyanatla çıxış edib.O, Ermənistanda şənbə günü baş verən kütləvi nümayişlər zamanı səkkiz nəfərin ölümü xəbərləri ilə əlaqədar narahat olduğunu söyləyib.

O, dinc nümayişçilərə güc tətbiq edilməsi və etiraz edən müxalifətçilərin həbs olunması faktından xüsusən narahat olmasını ifadə edib. Bu haqda bazar ertəsi Azərbaycanın BMT yanında Cenevrədəki nümayəndəliyindən xəbər verilib.

Ali komissar erməni hökumətini maksimal dərəcədə təmkinə və həbs olunanlarla münasibətdə ciddi olaraq qanuna əməl etməyə çağırıb. O qeyd edib ki, beynəlxalq şərtlərə müvafiq olaraq, Ermənistanın da öz üzərinə götürdüyü öhdəliklər, fövqəladə vəziyyətin elan olunmasına baxmayaraq, insan hüquqlarının və azadlıqlarının pozulmasına, işgəncə və qüruru alçaldan rəftarın qüvvədə qalmasına imkan vermir.

" Föqəladə vəziyyət şəraitində insanın hüquq və azadlıqlarının hər hansı pozuntusu proporsional xarakter daşımalıdır və vacib tələblərə qəti şəkildə uyğun olmalıdır"-deyə ali komissarın bəyənatında deyilir.

Xəbər lenti

Xəbər lenti