...

Daxili Qoşunların ilk sülhməramlı bölüyü artlq hazırdır -nazir müavini

Siyasət Materials 11 Mart 2008 12:12 (UTC +04:00)
Daxili Qoşunların ilk sülhməramlı bölüyü artlq hazırdır -nazir müavini

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva/ Daxili Qoşunların ilk sülhməramlı bölüyü artlq hazırdır. Trend in məlumatına görə, Daxili Qoşunların komandanı, daxili işlər nazirinin müavini, general-leytenant Zakir Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, bu bölük NATO ilə Fərdi Tərəfdaşlıq Proqramına uyğun olaraq, sülhməramlı əməliyyatlarda "Polisə dəstək" layihəsi çərçivəsində yaradılır. Nazir müavininin sözlərinə görə, ötən il bölüyün hazırlanması ilə bağlı bütün işlər başa çatıb və NATO mütəxəssislərinə təqdim olunub. Həsənov bildirib ki, NATO bölüyün yaradılması ilə bağlı işləri yüksəl qiymətləndirib.

Daxili Qoşunların ilk sülhməramlı bölüyü bu il fəaliyyətə başlayacaq.

1995-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə Daxili Qoşun əsgərlərinin ilk dəfə döyüşə girdiyi gün Daxili Qoşunların yaradılması günü kimi təsdiq edilib.

Daxili Qoşun heyəti döyüşlərdə 496 nəfər şəhid verib, 1168 nəfər əsgəri yaralanıb, 268 nəfəri isə itkin düşüb.

Xəbər lenti

Xəbər lenti