...

Moldovanın GUAM-dan çıxmasına dair informasiya şişirdilib – təşkilatın baş katibi

Siyasət Materials 15 Aprel 2008 12:20 (UTC +04:00)
Moldovanın GUAM-dan çıxmasına dair informasiya şişirdilib – təşkilatın baş katibi

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir S.Ağayeva/ GUAM-ın baş katibi Valeri Çeçalaşvili hesab edir ki, Moldovanın təşkilatdan çıxmasına dair informasiya şişirdilib.

"Moldova təşkilatdan çıxma barədə GUAM-a rəsmi müraciət göndərməyib", Çeçalaşvili bildirib.

GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib.

Əvvəllər Moldova perzidenti Vladimir Voronin ölkənin GUAM-da iştirakının səmərəsiz olması barədə bəyanat verib. Onun fikrincə, bu, həmçinin Dnestryanıda münaqişənin nizamlanmsı ilə bağlı Rusiyanın mövqeyinə təsir göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti