Azərbaycan, Bakı, 14 may / Trend , müxbir E.Babayev/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinə yeni rəhbər təyin olunub. Bu barədə çərşənbə günü Trend a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Məlumata görə. bu vəzifəyə Seçkilər İnformasiya Mərkəzində şöbə müdiri vəzifəsində çalışan Ramil Hüseynov təyin edilib. Seçkilər İnformasiya Mərkəzinə indiyədək İqbal Babayev rəhbərlik edib. Bir müddət öncə o, şəxsi işləri ilə bağlı vəzifəsindən istefa verib.
Hüseynov deyib ki, artıq vəzifəsinin icrasına başlayıb. Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün müəyyən işlər həyata keçirilir və bu barədə əlavə məlumat veriləcək
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]