...

Azərbaycanın xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər nazirinin müavinini qəbul edib

Siyasət Materials 14 May 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14may/ Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Rusiya Federasiyasının xarici işlər nazirinin müavini stats-katib Qriqori Karasini qəbul edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, razılaşdırılmış bəzi sənədlərin yüksək dövlət rəsmilərinin səfərləri zamanı imzalanması, diplomatik akademiyalar arasında əməkdaşlıq, tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlığın zəruriliyi ni qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti