...

Suriya və İsrail sülh danışıqlarına hazır deyil-ekspertlər

Siyasət Materials 22 May 2008 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir R.Hafizoğlu, R.Abdullayev,E.Tarıverdiyeva/ Suriya və İsrail arasında danışıqların bərpası sülhə doğru real addım olsa da, tərəflərin qarşılıqlı şətrləri qəbul edəcəyi şübhə altındadır. "İsrail və Suriya bir-birinin qarşılıqlı tələblərini yerinə yetirməyəcəklər"- deyə, Suriyalı müstəqil politoloq Nasir əl-Qəzali Trend -a bildirib.

Mayın 21-də Suriya və İsrail, 1967-ci ildə Colan yüksəkliklərinin işğalından sonra ilk dəfə olaraq Ankarının rəsmi vasitəçiliyi ilə sülh danışıqlarını bərpa ediblər. Tərfələr sülh danışıqlarının bərpası üçün qarşılıqlı tələblər irədi sürüblər. Suriya Colan yüksəkliklərinin qaytarılmasını, İsrail isə Dəməşqin Tehranla ələqələri kəsməsini, "Hizbullah" və "Həmas" təşkilatlarına dəstək verməməsini tələb edib.

"Tərəflər sülh danışıqlarına hazır deyil" - deyə, Suriya Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq əl-Qəzali cümə axşamı Londondan telefonla bildirib.

Politoloq hesab edir ki, tərəflər bir-birinin qarşışına yerinə yetirilməsi mümkün olmayan tələblər qoyublar. "İsraildə Baş nazir Ehud Olmertin siyasi nüfuzu zəiflədiyi bir halda, hökümətin Colan yüksəkliklərini Suriyaya qaytarması inandırıcı deyil " - deyə o əlava edib.

Politoloqun sözlərinə görə, Dəməşq də İsrailin tələblərini qəbul etməyəcək.

Türkiyəli politoloq Mustafa Özcan hesab edir ki, Suriya-İsrail sülh danışıqlarının nəticəsindən danışmaq çox tezdir. "Tərfələrinin qarşılıqlı tələbləri qəbul edəcəyi o qədər də inandırıcı deyil "-deyə, Türikyənin "Yeni Asiya" qəzetinin Yaxın Şərq üzrə tədqiqatçısı,politoloq Özcan cümə axşamı İstanbuldan telefonla Trend -a bildirib.

Politorloq hesab edir ki, rüşvət almaqda ittiham edilən, siyasi nüfuzu sarsılan Olmert Dəməşqin əsas tələbi olan Colan yüksəkliklərini Suiyaya vermək iqtidarında deyil. "İsraildə real qüvvə olan radikal millətçilər və digər müxalif partiyalar da Colanın Suriyaya verilməsinin əleyhinədirlər " - deyə Özcan bildirib.

Politoloqün sözlərinə görə, rəsmi Dəməşq də İsrailin tələblərini yerinə yetirməyəcək.

"Dəməşqin "Həmas" və "Hizbullah" təşkilatlarına dəstəyini dayandırması , İranla əlaqələri məhdudlaşdırılması inandırıcı deyil. İsrailin tələblərini qəbul edən Suriya faktiki olaraq, siyasi müttəfiqlərindən məhrum ola bilər"-deyə o qeyd edib.

Özcan hesab edir ki, Suriya İsraillə formal sülh danışıqlarını ABŞ -ın təzyiqi ilə qəbul edib.

İsrailin Bar-İlan Universiteti nəzdindəki Begin Sadat strateji araşdırmalar Mərkəzinin politoloqu Mordexay Kedar da hesab edir ki, Suriya heç bir halda "Həmas" və "Hizbullah" təşkilatlarına dəstəyi dayandırmayacaq.

""Hizbullah" və "Həmas" təşkilatları Dəməşqin İsrailə təzyiq gösrətməsi üçün alətdir" - deyə, Kedar cümə axşamı Qüdsdən telefonla Trend -a bildirib.

Kedarın fikrincə, rəsmi Dəməşqin İsrailin tələblərinə yerinə yetirəcəyi o qədər də inandırısı deyil və sülh danışıqlarının müsbət nəticələnməsinə ümidlər çox azdır.

ABŞ-ın Corctaun Universitetinin professoru, politoloq Mehran Kamrava isə, hesab edir ki, Suriya və İsrailin sülh danışıqlarına razılaşması əsas problem olan Colan yüksəkliklərinin qaytarılması məsələsində müsbət hesab edilə bilər.

"Tərfələrin bundan əvvəl, ABŞ -ın sabiq prezidenti Klintonun hakimiyyəti illərində sülh danışıqlarına ümid daha çox olsa da, daha sonra bunun tam əksinin şahidi olduq" - deyə, Kamrava Dohadan elektron poçla bildirib.

Politoloqun fikrincə, Suriya-İsrail sülh danışıqlarının real sülh ilə nəticələnəcəyini söyləmək tezdir.

"Tərəflərin qarşılıqlı tələbləri qəbul edəcəyinə inanmıram" - deyə, politoloq vurğulayıb.

Suriya prezidenti Bəşşar Əsəd aprelin 25-də keçirdiyi mətbuat konfransında Ankaranın Suriya və İsrail arasında 2007-ci il aprelin 27-dən sülh vasitəçilyi rolunu həyata keçirdiyini bildirmişdi.

Suriya prezidenti Əsəd Qətərin "Əl-Vətən" agentliyinə aprelin 26 -da verdiyi müsahibəsində deyib ki, Türkiyənin Baş naziri Ərdoğan ilə görüşündə İsrailin Colan yüksəkliklərini Suriyaya qaytarmağa hazır olduğunu bildirmişdi.

Suriyaya məxsus olan Colan yüksəklikləri 1967-ci ildə İsrail tərəfindən işğal edilib.

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti