Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Nərimanov rayonu ərazisində yerləşən "SOROS" Fondunun Bakı ofisinin qarşısında "AzSamand" markalı avtomobil partlayıb.
Güclü partlayış zamanı "SOROS" Fondunun Bakı ofisinin birinci mərtəbəsinin şüşələri sınıb, giriş qapısı dağılıb. Hadisə zamanı birinci mərtəbədə heç kəs olmadığından xəsarət alan olmayıb.
"SOROS" Fondunun Bakı ofisindən verilən məlumata görə, avtomobilin sürücüsü ağır bədən xəsarəti ilə xəstəxanaya aparılıb.
Nərimanov rayon prokurorluğundan Trend -a bildirilib ki, ki, hadisə bu gün saat 13.30 radələrində Həsən Əliyev küçəsi 117 saylı binanın qarşısında baş verib.
Vəliyev Elman Vəli oğlunun idarə etdiyi avtomobilin baqajında quraşdırılmış qaz balonu partlayıb və sürücü ağır bədən xəsarəti alıb.
Partlayış nəticəsində yaxınlıqdakı avtomobilin şüşələri də qırılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aprılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]