...

Məzarlıqlarla bağlı məsələni siyasi oyuna çevirmək lazım deyil - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü

Siyasət Materials 26 İyun 2008 06:46 (UTC +04:00)
Məzarlıqlarla bağlı məsələni siyasi oyuna çevirmək lazım deyil - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü

Fransa, Strasburq, 26 iyun/ Trend , müxbir A. Məhərrəmli/ їAŞPA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsində Cənubi Qafqazda mədəni irsin vəziyyətinin araşdırılması ilə bağlı məruzəçi Edvard Oharanın regiona səfəri müzakirə olundu. İş ondadır ki, qəbul edilmiş qaydalara əsasən, adətən belə məsələlər məruzəçinin iştirakı ilə müzakirə edilir, lakin o toplantıya qatılmadı. Ona görə məsələnin gündəlikdən çıxarıldığı bildirildi. Ermənistanın AŞPA-dakı nümayəndə heyəti üzvünün və Ermənistan səfirinin toplantıda iştirakı bizi düşündürdü. Buna görə də iclasın sonunadək iştirak etməyi qərara aldımї. Bunu Trend -a eksklüziv müsahibəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, toplantının son dəqiqələrində bu məsələ gündəliyə salındı və müzakirə edilməyə başlanılıb: їKomitənin sədri ittiham etdi ki, guya biz Oharanın Naxçıvana səfər etməsinə imkan vermirik. Mən isə dedim ki, səfərin müəyyən edilmiş formatı var. Səfər eyni vaxtda Azərbaycan, Gürcüstan və Ermənistana həyata keçirilməlidir. Azərbaycan işğal olunmuş ölkədir və onun 20 faiz işğal edilmiş ərazisində yüz minlərlə mədəniyyət abidəsi məhv edilib. Digər tərəfdən yüz minlərlə azərbaycanlı tarixən Ermənistanda kompakt yaşamış və burada məzarlıqlar, mədəniyyət abidələri olub. Azərbaycan mədəniyyət nümunələri ya məhv edilmiş, ya da erməniləşdirildi. Ona görə, həm Ermənistana, həm də Azərbaycana səfər eyni vaxtda həyata keçirilməlidirї.

Hüseynov qeyd edib ki, bu məsələdə balans gözlənilməlidir. їOhara təkid edirsə və komitənin sədri onu dəstəkləyirsə ki, Azərbaycana mütləq səfər baş tutmalıdır, onda səfər yalnız Naxçıvana olmamalıdır. Ilk öncə, Dağlıq Qarabağa  və Azərbaycanın digər işğal olunmuş ərazilərinə olmalıdır və bu səfər mütləq Azərbaycandan həyata keçirilməlidir. Bildirdim ki, bu ərazilər Azərbaycanın torpaqlarıdır və bu, bütün beynəlxalq sənədlərdə təsdiq olunub. Həmin yerlərə digər ərazidən gedilərsə, Azərbaycanın ərazi bütövlüyü pozulmuş olar. Azərbaycan hökuməti Oharaya həmin ərazilərə getməyə şərait yaradır. Ohara həqiqətən bu ərazilərə getmək və araşdırma aparmaq istəyirsə, onda Ermənistan hökumətindən tələb etsin ki, işğal altında saxlanılanı Azərbaycan ərazilərində ona müfaviq şəraiti yaratsınї ї deyə o vurğulayıb.

Naxçıvana gəlincə, Hüseynov qeyd edib ki, orada Ermənistanın heç bir tarixi məzarlıqları yoxdur. їBunlar azərbaycanlıların islama qədərki dövrünü əks etdirən məzarlıqlarıdır və Azərbaycanın müxtəlif ərazilərində belə məzarlıqlar var. Əgər Mədəniyyət Komitəsinin rəhbəri Ermənistan, eləcə də Ohara belə hesab edirlərsə ki, qəbirlərə hörmət etmək və bir regionda, bir şəhərdə, bir kənddə olan qəbristanlığı qorumaq lazımdır, onda niyə Azərbaycanın işğal altında olan ərazilərində və Ermənistanda yüzlərlə qəbristanlıq və yüz minlərlə qəbir dağıdılıb və niyə bu haqda düşünmürlər?  Mən onu da əlavə etdim ki, bu çox incə məsələdir və buna son dərəcə ölçülü yanaşma lazımdır. Bunu siyasi oyuna çevirmək olmaz. Onu da əlavə etdim ki, Ohara bunu düzəliş olaraq iyun ayının 24-də Azərbaycanla bağlı məruzəyə bənd olaraq daxil etməyi təklif etdi, lakin həm Monitorinq Komitəsi, həm də AŞPA açıq səsvermədə bunu rədd etdiї ї deyə o bildirib.

Hüseynov onu da əlavə edib ki, məruzəçinin regiona səfərinə güman ki, komitənin sentyabr və oktyabr iclaslarında yenidən baxılacaq.

Ohara 2005-ci ilin sonlarında Cənubi Qafqaza səfər etməyi planlaşdırırdı. Məruzəçinin səfəri bir neçə dəfə ertələnsə də, hələ də baş tutmayıb.

Xəbər lenti

Xəbər lenti