...

Rusiya Minsk Qrupunun yeganə həmsədri deyil - səfir

Siyasət Materials 1 İyul 2008 17:57 (UTC +04:00)
Rusiya Minsk Qrupunun yeganə həmsədri deyil - səfir

Azərbaycan, Bakı, 01 iyul/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Rusiya prezidentlərinin görüşündə müzakirə ediləcək əsas məsələ Dağlı Qarabağ problemi olacaq. Danışıqlar iyulun 3- 4 - də Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana gözlənilən ilk rəsmi səfəri çərçivəsində olacaq. Bu barədə jurnalistlərə çərşənbə axşamı Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirib.

"Məlum olduğu kimi, Rusiya ATƏT-in Minsk Qrupunun yeganə həmsədri deyil və ABŞ və Fransanı xəbərdar etməklə işləyir", - səfir deyib. O, münaqişənin tənzimlənməsində tarixi şərait baxımından Rusiyanın konstruktiv rol oynadığını və bunun üçün bütün səylərin göstərildiyini qeyd etdi.

Bakıda keçiriləcək danışıqlarda dövlət başçıları münaqişənin tənzimlənməsi üzrə ətraflı söhbət edəcəklər, - İstratov deyib.

Iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1992-ci ildən etibarən, Azərbaycan torpaqlarının 20%,-i yəni Dağlıq Qarabağ və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları davam edir.

Xəbər lenti

Xəbər lenti