...

Suriya və Fələstin İsrail ilə danışıqlara ciddi yanaşmır – ABŞ-ın Yəhudi icmasının rəhbəri Devid Harris

Siyasət Materials 14 Avqust 2008 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir Ü.Sadıqova/ Fələstin ilə İsrail arasında sülhün əldə olunmasına əngəl olan çətinliklər ərəb tərəfinin bu məsələyə daha ciddi yanaşacağı təqdirdə aradan qaldırılacaq. Bu barədə ABŞ -ın Yəhudi icmasının rəhbəri Devid Harris hesab edir.

"Fələstin tərəfi, başda MahmudAbbas olmaqla, barışığa ciddi yanaşmır, İsrail isə problemin tezliklə həlli üçün çox şey edir", - deyə Trend - a cümə axşamı Azərbaycana səfəri zamanı Harris bildirib.

Yəhudi icmasının rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 13 - də Bakıya səfərə gəlib. İki günlük səfər zamanı, o, Baş nazir Artur Rasizadə və respublikanın digər rəsmi şəxsləri ilə görüşəcək.

Harris Fələstin -İsrail münaqişəsi ilə bağlı qeyd edib ki, Fələstin rəhbərliyi, hələ ki, hakimiyyətin zəifliyi və parçalanması kimi daxili problemləri nizamlamır, İsrail üçün sülh bağlamaq çətin olacaq.

"Fələstin hakimiyyəti rəhbərliyin həyata keçirilməsi üçün çox zəifdir. Qəzzə sektoru İsrail ilə danışıqların aparılmasına razı olmayan HƏMAS -ın nəzarəti altındadır", - deyə Harris bildirib.

İcma rəhbəri İsrail-Suriya danışıqlarına da toxunub. O bildirib ki, hər iki tərəf, Suriya razı olarsa, birbaşa danışıqlara keçə bilər.

"Suriya hökuməti İsrail ilə aparılan danışıqlar üzrə problemlərin aradan qaldırımasına səy göstərmir. Suriyanın İranla münasibətləri, həmçinin, Dəməşqin İsrail dövlətini tanımayan "Hizbullah" və HƏMAS -ı dəstəkləməsi, buna sübutdur", - deyə Harris bildirib.

O qeyd edib ki, İsraildə ərəb ölkələri ilə aparılan danışıqların sülh ilə nəticələnəcəyinə əmindirlər.

"Sülh sazişi yubadılan vəziyyətdən yeganə çıxış yoludur. Əlbəttə, sülh bu gün, ya da sabah əldə olunmayacaq, lakin İsrail buna səy göstərəcək", - deyə Harris bildrib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti