...

ABŞ Konqresi sentyabrda Gürcüstan haqqında məsələyə baxacaq

Siyasət Materials 22 Avqust 2008 20:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 avqust/ Trend müxbir N.Kirtsxaliya/ ABŞ Konqresi sentyabrın ikinci həftəsi ərzində Gürcüstan məsələsinə baxacaq,- Amerika Konqresinin Nümayəndələr Palatası ilə görüşü başa çatdıqdan sonra, parlamentin spikeri David Bakradze jurnalistlərə bildirib.

Konqresin beynəlxalq münasibətlər üzrə Komitəsinin sədri Hovard Berman və səhiyyə və əmək Komitəsinin sədri Corc Miller Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin tapşırığı ilə Gürcüstandadırlar.

Parlamentarilərin sözlərinə görə, səfərin məqsədi Gürcüstan və gürcü xalqına tam dəstək və həmrəyliyin ifadə edilməsidir.

"Biz əmin olmaq istəyirik ki, siyasi baxışlarından asılı olmayaraq, gürcü xalqı belə çətin vaxtda birləşib. Biz burada olmağımızla gürcü cəmiyyətinə nümayiş etdirmək istərdik ki, onun belə çətin vaxtda Tbilisini dəstəkləyən dostları var. Biz Rusiyanın təcavüzü ilə əlaqədar Gürcüstanın ehtiyacının olduğu humanitar yük gətirmişik", - amerikalı qonaqlar bəyan edirlər.

Konqresmenlər ümid edirlər ki, Rusiya qoşunları tezliklə Gürcüstan ərazisini tərk edəcək. Onların sözlərinə görə, rus qoşunlarının Gürcüstanda olması heç bir müsbət nəticə vermir, humanitar yardımın çatdırılması və infrastrukturun bərpasına mane olur.

Sentyabrda "gürcü" məsələsinin nəzərdən keçirilməsinə gəldikdə isə, konqresmenlər qeyd edirlər ki, onların hazırki səfəri zamanı toplanmış məlumat müzakirə ediləcək.

"Gürcüstana humanitar, iqtisadi və hərbi yardımın göstərilməsi bizim başlıca vəzifəmiz olacaq. Bu bizim gələcək planlarımızdır", - konqresmenlər əlavə ediblər.

Xəbər lenti

Xəbər lenti