...

Çərşənbə axşamı Con Makkeynin xanımı Gürcüstana gələcək

Siyasət Materials 25 Avqust 2008 11:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 avqust / Trend , müxbir N.Kirtsxaliya/ ABŞ prezidentliyinə namizəd Con Makkeynin xanımı Sindi Makkeyn çərşənbə axşamı Gürcüstana gələcək. Bu barədə Gürcüstanın Dövlət Dəftərxanasından bildiriblər.

Səfər gürcü xalqına dəstək məqsədilə həyata keçirilir.

Xanım Makkeynin Gürcüstanın birinci xanımı Sandra Rulovsla görüşü nəzərdə tutulub. O, Tbilisidəki "çadır düşərgəsi"nə və Rusiya hərbçilərinin bombaladığı Qori şəhərinə də baş çəkəcək. Ora artıq qaçqınlar qayıtmaqdadırlar.

Xanım Makkeynin həmçinin Gürcüstanın rəsmi şəxsləri ilə görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti