...

ATƏT PA-nın sessiyasında Cənubi Qafqazda yaranmış vəziyyət müzakirə olunacaq

Siyasət Materials 1 Sentyabr 2008 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir İ.Əlizadə/ ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasında Cənubi Qafqazda yaranmış vəziyyət müzakirə olunacaq.

"ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker sessiyada Gürcüstanda və bütövlükdə Cənubi Qafqazda yaranmış vəziyyətə dair hesabat məruzəsi ilə çıxış edəcək", bazar ertəsi Trend -a Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini Eldar İbrahimov bildirib.

Trend -un arayış: ATƏT PA-nın keçmiş prezidenti, qurumun Dağlıq Qarabağ və Gürcüstan üzrə xüsusi nümayəndəsi Lenmarker bazar ertəsi Azərbaycana səfərə gəlib. Xüsusi nümayəndə Gürcüstan və Ermənistana da səfər edəcək. Lenmarker bölgədə yaranmış vəziyyətlə bağlı hesabat hazırlayacaq.

İbrahimov qeyd edib ki, ATƏT PA-nın qış sessiyası sentyabrın 18-dən 21-dək Kanadanın Toronto şəhərində keçiriləcək. "Azərbaycan nümayəndə heyəti sessiyada Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri yanğınlar, maddi mədəniyyət abidələrinin dağıdılması barədə məsələ qaldıracaq", - deyə İbrahimov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti