...

Pakistanın yeni prezidentinin əsas vəzifəsi iqtisadiyyatı stabilləşdirməkdir

Siyasət Materials 10 Sentyabr 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr/ Trend , müxbir D.İbrahimova / Pakistanın yeni prezidenti Asif Əli Zərdari siyasətinin əsas prioriteti ilk növbədə ölkənin iqtisadi vəziyyətinin stabilləşdirilməsi olmalıdır.

"Yeni hökumətin siyasəti Müşərrəf strategiyasını davam etdirməsindən ibarət olmalı, dövlət və özəl təşəbbüslər ixrac və infrastrukturun yaradılmasına söykənməlidir", - deyə Böyük Britaniyadan olan ekspert Vernon Hyuitt (Vernon Hewitt) güman edir.

Zərdari sentyabrın 6-da Pakistan prezidenti seçilib, çərşənbə axşamı andiçmə mərasimi keçirilib. Ölkədə iqtisadi böhran müşahidə olunur, radikal Taliban hərəkatı ölkə ərazisində öz fəaliyyətini əvvəlki kimi davam etdirir. Bunlarla mübarizə yeni prezidentin proqramının əsas maddələrindən biridir.

Hyuittin sözlərinə görə, Zərdari qərb və amerikayönlü, qisamuddətli perspektivdə riskli olan, ancaq Pakistan infrastrukturunun bərpasını ve genişləndirilməsini nəzərdə tutan iqtisadi islahatların başa çatdırılmasına yönələn xətti seçə bilər.

"Əsas məsələ siyasi sistem, müxalifət və ictimaiyyətin yeni iqtisadi proqram ilə əməkdaşlıq edib - etməyəcəyindən ibarətdir", - deyə Trend -a elektron poçt ilə Bristol Universitetinin rektoru Hyuitt bildirib.

Pakistanlı ekspert Abdul Hey Anisin (Abdul Hay Anis) sözlərinə görə, Zərdaridən ölkədə iqtisadiyyatın normallaşdırılması üzrə fəaliyyət gözlənilir.

"Paksitanda iqtisadi vəziyyət olduqca ağırdır - yoxsulluq səviyyəsi yüksəkdir. Ölkə ümid edir ki, Əli Zərdari bu problemin öhdəsindən gələcək", - deyə politoloq bildirib.

Anisin sözlərinə görə, yaxın gələcəkdə dünya Pakistanın yeni prezidentinin hökumətyönlü və müxalifət partiyaları ilə necə əməkdaşlıq edəcəyini görəcək.

"Zərdarinin bu yaxınlarda prezident olmasına baxmayaraq, Pakistanın Xalq Partiyasında müttəfiqləri var və onlar iqtisadi böhranın aradan qaldırılmasında ona kömək edəcəklər", - deyə ekspert bildirib.

Hyuittin fikrincə, islamçı hərəkatla mübarizədə istənilən real uğur iqtisadiyyatla bağldır, belə ki, iqtisadi artım dövründə bu hərəkatın zəifləməsi müşahidə olunur.

"Radikal hərəkatı dəstəkləyən insanların sayı dövlət insanları yaşayış və iş yerləri ilə təmin etmək iqtidarında olmayanda artır", - deyə ekspert bildirib.

Pakistanlı politoloq Anisin fikrincə, yeni prezident, ilk növbədə Pakistan hökuməti və ölkə daxili müxtəlif partiyalar ilə əməkdaşlıq etməldir.

"Bu problemin həlli birbaşa olaraq Taliban hərəkatı və terrorçuluq üzərində əldə edilə biləcək uğura bağlıdır, xüsusilə də tayfaların məskunlaşdığı regionda", - deyə ekspert bildirib.

Pakistanın eks-prezidenti Müşərrəf Taliban hərəkatını gerilik və terroolrçuluqda ittiham edərək onlarla mübarizə aparırıdı, lakin o, bu istiqamətdə olduqca şübhəli uğurlar qazanmışdı.

Ekspert Hyuittin sözlərinə görə, Zərdari ölkədaxili qeyri-stabillik, çətin xarici və regional siyasət ilə qarşılaşacaq. "Buna görə onun tərəfindən aparılacaq siyasətin sələfindən uğurlu olub-olmayacağını demək çətindir", - deyə britaniyalı ekspert Vernon Hyuitt (Vernon Hewitt) bildirib.

Onun fikrincə, Zərdari sələfindən fərqli olaraq çox şeyə müvaffəq ola bilər, çünki o, nəzəri cəhətdən ordudan asılı deyil. "Digər tərəfdən, onun siyasəti az uğurlu ola bilər, çünki ordu xarici siyasət sahəsində hələ də kifayət qədər müstəqildir", - deyə ekspert bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti