...

Azərbaycanın prezidenti İranın xarici işlər nazirini qəbul etmişdir

Siyasət Materials 13 Sentyabr 2008 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr/ Trend / Azərbaycanın prezidenti İlham Əliyev sentyabrın 13-də İranın xarici işlər naziri Mənuçehr Mottəkini qəbul etmişdir.

Mənuçehr Mottəki İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulandı. Bu səfərin ikitərəfli münasibətlərin ümumi inkişafı və gələcək perspektivləri ilə bağlı məsələlərin müzakirə edilməsi baxımından əhəmiyyəti qeyd olundu.

Dövlətimizin başçısı İran prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını ona çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti