Azərbaycan, Bakı, 18 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanı qəbul edib.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrin hazırki vəziyyəti və perspektivləri, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.