...

Rusiyanın işğal etdiyi Gürcüstan ərazilərində fövqəladə vəziyyət uzadılıb

Siyasət Materials 18 Sentyabr 2008 19:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamenti ölkə prezidentinin fərmanını dəstəkləyərək, cümə axşamı Rusiyanın işğal etdiyi ərazilərdə fövqəladə vəziyyəti (FV) oktyabrın 3 - dək uzadıb.

Fərmanda bildirilir ki, Rusiya qoşunların Poti -Senaki xəttindən çıxarmaqla, RF və Fransa prezidentlərinin sentyabrın səkkizində Moskvada imzaladıqları saziş üzrə üzərinə götürdüyü öhdəlikləri "qismən" yerinə yetirib. Nəticədə, Poti və Senakidə fövqəladə vəziyyət ləğv edilib.

Fərmanda qeyd edilir ki, hazırda Rusiya qoşunlarının qaldığı yerlərdə fövqəladə vəziyyətin saxlanılması zəruridir. Belə ki, bu qüvvələr "sabitliyə təhlükədir".

Səkkiz sentyabr tarixli sazişin şərtlərinə əsasən, Rusiya Abxaziya və Cənubi Osetiyaya qonşu ərazilərdə Aİ nümayəndələri yerləşdirildikdən sonra 10 gün ərzində öz qoşunlarını bu ərazilərdən çıxarmaq barədə öhdəlik götürüb. Sazişin şərtlərinə əsasən, Aİ - nin monitorinq missiyası oktyabrın 1 - dək Gürcüstanda yerləşdirilməlidir. Gürcüstan parlamentinin sədri David Bakradze bəyan edib ki, parlament oktyabrın 3 - dək işğal haqqında Qanun hazırlayacaq və bu Qanun fövqəladə vəziyyətin hüquqi əvəzlənməsini təmin edəcək.

Xəbər lenti

Xəbər lenti