...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 22 Sentyabr 2008 10:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 setyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 21-də saat 08.30-dan 08.45-dək, 19.50-dən 20.10-dək və 23.30-dan 23.40-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndi, Noyemberyan rayonu Vazaşen kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndi, Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 22.10 - dan 22.30 - dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 22-də saat 01.55-dən 02.25-dək Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 03.10 - dan 03.20-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti