Azərbaycan, Bakı, 24 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü
Qazax şəhərində Heydər Əliyev Elm Mərkəzinin açılışında iştirak edib.
Prezident Mərkəzdə fotoşəkillərə və eksponatlara, ekranda nümayiş etdirilən səma cisimlərinə baxıb. Dövlət başçısı Heydər Əliyev Elm Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.
Dövlət başçısı Elm Mərkəzinin qarşısında yerləşən parkda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident Azərbaycanda gedən inkişafın Qazax rayonunun timsalında da müşahidə olunduğunu qeyd edərək bildirib ki, regionların inkişafı üzrə Dövlət proqramı çərçivəsində görülən işlər nəticəsində burada da yeni iş yerləri açılıb, infrastruktur obyektləri istifadəyə verilıb.