...

Bu gün Rusiya - Almaniya dialoquna həmişəkindən daha çox ehtiyac var – RF prezidenti

Siyasət Materials 2 Oktyabr 2008 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir V.Javoronkova / Bu gün Rusiya - Almaniya dialoquna daha çox ehtiyac var. "Vesti" telekanalının verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev "Peterburq dialoqu" səkkizinci rus - alman forumunda çıxış edərkən bildirib.

"Avropa və bütün dünya ağır vəziyyətdədir, eyni problemləri həll edirlər, binicisi, bu problemlər maliyyə böhranı ilə bağlıdır, biz səylərimizi birləşdirməli, yeni dünya maliyyə sistemi üzərində işləməliyik", - deyə prezident bildirib.

Oktyabrın 1 - də Sank - Peterburq Dövlət Universitetində "Peterburq dialoqu" səkkizinci Rusiya -Almaniya forumu işə başlayıb. 2001 - ci ildə yaradılan forum Rusiya - Almaniya arasında əməkdaşlıq, onun möhkəmləndirilməsi və inkişafı məsələlərinin geniş müzakirə yerinə çevrilib.

Medvedyevin sözlərinə görə, bu gün haqqin səsinə böyük ehtiyac var, buna görə, RF üçün Almaniya ilə əməkdaşlıq mühümdür.

"Dünya doğmalara və yadlara, haqlı və haqsızlara bölünüb. Berlin divarlarının bərpası mümkün olmadığı kimi, soyuq müharibəyə qayıtmaq da mümkün deyil. Bu dərslərdən nəticə çıxarmaq lazımdır və onlar qloballaşma ilə mübarizədə lazım olacaq", - deyə prezident bildirib.

Prezidentin sözlərinə görə, bütün sahələrdə qarşılıqlı asılılıq mövcuddur və qarşılıqlı əməkdaşlıq olmadan yaşamaq mümkün deyil.

"Biz rus müasirləşdirməsini strateji vəzifə hesab edirik və bu yolla da gedəcəyik. Biz bu məsələdə Almaniya ilə əməkdaşlığın mühümlüyünü görürük. Dünyanın iqtisadi problemlərinə biz iqtisadiyyatımıza yeni siyasət vermək şansı kimi baxırıq", - deyə Medvedyev bildirib.

Xəbər lenti

Xəbər lenti