...

Bakıda məktəbliyə qarşı quldurluq edənlər tutulub

Siyasət Materials 7 Oktyabr 2008 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Binəqədi rayonunda məktəblini bıçaqlayaraq ona qarşı quldurluq edən şəxslər tutulub.

Binəqədi rayon Polis İdarəsinin (RPİ) 7-ci polis bölməsindən çərşənbə axşamı Trend - a verilən məlumata görə, oktyabrın 6-da gecə saat 03: 00 radələrində iki nəfər naməlum şəxs 6-cı mikrorayonda yerləşən Zeytunluq bağında 19 saylı orta məktəbin 10-cu sinif şagirdı, 16 yaşlı Bakı sakini, Talıb Bahadur oğlu Ağalarova bıçaqla yüngül xəsarət yetirib, 68 manat pulunu və "Nokia" markal mobil telefonunu alaraq qaçıblar.

Polis bölməsindən bildiriblər ki, zərərçəkən hadisə haqda onlara müraciət edəndən dərhal sonra polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində, Ağalarova qarşı quldurluq edən Göygöl rayonunun Mollacəlil kənd sakini, 23 yaşlı Famil Davud oğlu Novruzov və Ağcabədi rayonunun Afşar kənd sakini, 27 yaşlı Zahir Oktay oğlu Sadıqov tutulublar. Onların üzərinə baxış keçirilərkən Agalarovdan aldıqları telefon və pul aşkar edilərək götürülüb.

Faktla bağlı Binəqədi RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başalnılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti