...

ABŞ-da Azərbaycanda keçiriləcək prezident seçkiləri və xarici siyasət məsələləri müzakirə ediləcək

Siyasət Materials 8 Oktyabr 2008 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir N.Abdullayeva/ ABŞ-da Azərbaycanda keçiriləcək prezident seçkiləri və xarici siyasət məsələləri müzakirə ediləcək.

"Azərbaycanın prezident seçkiləri və xarici siyasəti - Azərbaycan 2008" oktyabrın 10-da Vaşinqtonda keçiriləcək "dəyirmi masa"nın mövzusu olacaq, - Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən bildiriblər.

Müzakirələrdə görkəmli Amerika politoloq və iqtisadçıları iştirak edəcəklər. ABŞ-ın Asiya və Qafqaz Mərkəzinin direktoru Fredriq Starın, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyevin, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elina Süleymanovanın, Asiya və Qafqaz Mərkəzinin beynəlxaq fondunun seçkilər sistemi şöbəsinin (İFES) direktoru Elton Boyerin çıxışı gözlənilir.

Vaşinqtonda oktyabrın 14-də Vudro Vilson adına Universitetin yanında Beynəlxalq Tədqiqatlar Mərkəzində Azərbaycan və Avrasiyadakı mövcud siyasi geosiyasi vəziyyətə və Xəzər Dənizi regionundakı xarici siyasət strategiyasına, enerji təhlükəsizliyinə həsr olunan daha bir "dəyirmi masa" keçiriləcək.

Xəbər lenti

Xəbər lenti